"Müəllim" şeiri | Rafiq Yusifoğlu.

 

Müəllimdən öyrəndik
Oxumağı, yazmağı,
Qəlbimizin səsinə
Hər an qulaq asmağı.

 

O, yeni həyat verir
Hər kəlməyə, hər sözə.
Yerin, göyün sirrini
Odur öyrədən bizə.

 

Müəllim göstərir ki,
Nə düzdür, nə əyridir.
O bizə ləyaqətlə
Yaşamağı öyrədir.

 

Hamımıza sevdirir
Ana yurdu o insan.
Qəlbimizdə həmişə
Yanan nurdu o insan…

Müəllim şeiri | Rafiq Yusifoğlu.

 "Müəllim" şeiri | Rafiq Yusifoğlu muellim seiri

 

0 şərh